Lənkəranda ağac kəsənlərə cinayət işi açıldı
17:35 17 Avqust 2021
Dövlətin ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpa edilməsi istiqamətində həyata keçirdiyi siyasətə kölgə salan hallara qarşı prokurorluq orqanları tərəfindən digər dövlət qurumları əlaqəli şəkildə kompleks mübarizə tədbirləri davam etdirilir.
Baş Prokurorluğunun Mətbuat xidmətindən Femida.az- a bildirilib ki, həyata keçirilən bu tədbirlərin davamı kimi, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Gürdəsər, Lerik və Razvandoband meşəbəyliklərinin ərazilərində ağacların qanunsuz kəsilməsi barədə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzindən daxil olmuş material əsasında Lerik rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla Gürdəsər meşəbəyliyinin 23 saylı meşə dolayısında 54 ədəd 10 min manat dəyərində, Lerik meşəbəyliyinin 14 saylı meşə dolayısında 21 ədəd 6 min manat dəyərində, Razvandoband meşəbəyliyinin 22 saylı meşə dolayısında isə 17 ədəd 17 min manat dəyərində müxtəlif cins və diametrdə olan ağacların qanunsuz kəsilərək meşə sahəsindən aparılması aşkar olunub.
Faktla bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.1 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Lerik Rayon Polis Şöbəsinin istintaq qrupuna tapşırılıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Femida.az
Oxunub: 665
Oxşar xəbərlər
- Lənkəranda avtomobil kanala aşıb, ata ölüb, oğlu xəsarət alıb
- Lənkəranda yaşayış evi yanıb, bir nəfər xilas olunub
- Lənkəranda 47 yaşlı kişi qətlə yetirilib
- Lənkəranda avtomobillər toqquşub, ölən var
- Lənkəranda sərxoş sürücünün avtomobilində 6 kq-dan artıq narkotik aşkarlanıb
- Lənkəranda 9 yaşlı uşaq yük maşınının altında qalaraq ölüb
- Lənkəranda qadın polisə bilərəkdən yalan məlumat verib
- Lənkəranda 10 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb
- Lənkəranda bıçaqlanan 27 yaşlı gənc xəstəxanada ölüb
- Lənkəranda müəllim intihar edib