COVID-19 pasportu olmayan 64 nəfər toya buraxılmayıb
13:31 18 Avqust 2021
Avqustun 17-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 21 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-dən Femida.az- a verilən məlumata görə, monitorinq 18 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 64 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Femida.az
Oxunub: 607
Oxşar xəbərlər
- COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
- COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
- COVID-19 sertifikatlarının etibarlılıq müddəti tələbi dəyişib
- COVID-19 pasportu olmayan 91 nəfər şənliyə buraxılmayıb
- COVID-19-la mübarizədə iştirak edən həkimlərin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
- COVID-19 pasportu olmayan 999 nəfər şənliyə buraxılmadı
- COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
- COVID-19 pasportu olmayan 12 nəfər şənliyə buraxılmayıb
- COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
- COVID-19 pasportunun yoxlanılması üçün “ASAN İcazə” mobil tətbiqi hazırlanıb