Nazirlik valideynlərin vaksinasiya məsələsinə aydınlıq gətirdi


18:46     18 Avqust 2021 tehsil%20n0.jpg

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov valideynlərin vaksin olunması tələbi ilə bağlı səslənən fikrilərə münasibət bildirib.
Azvision.az - ın məlumatına görə, sektor müdiri deyib ki, bu sualla bağlı son vaxtlar Nazirliyə jurnalistlər tərəfindən sorğu və telefon zəngləri olur: "Son vaxtlar bizə sorğu, telefon zəngi ilə müraciət edən jurnalist həmkarlarımızın əksəriyyəti eyni sualı verirlər: Məktəblərə valideynlərin vaksin olunması ilə bağlı tapşırıq verilibmi? Cavab budur ki, “Xeyr”, verilməyib. Ancaq suala cavab verilərkən, həm də “Bəli” demək istərdik. Niyə? Ona görə ki, yeni tədris ilində məktəb təkcə vaksin olunmuş müəllimdən deyil, həm də vaksinlənmiş valideyndən asılıdır. Belə deyilmi!? Bir sözlə, "Təhsil üçün vaksinasiya" bu gün də aktualdır".

Açar sözlər:

Oxunub: 518