Koreya Milli Assambleyasının sədri Azərbaycana səfər edib
19:08 18 Avqust 2021
Bu gün Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soqun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
Səfər çərçivəsində Koreya nümayəndə heyətinin Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Qonaqlar Milli Məclisdə olacaq, parlamentin sədri Sahibə Qafarova, Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, ölkəmizdəki koreyalı iş adamları ilə də görüşəcəklər. Görüşlərdə iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılacaq, parlamentlərarası əlaqələrin perspektivləri müzakirə olunacaq.
Səfər zamanı nümayəndə heyətinin üzvləri Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını ziyarət edəcək, Qobustan Milli Tarix-Bədii Qoruğu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Xalça Muzeyi və İçərişəhərlə tanış olacaqlar.
Koreya Milli Assambleyası nümayəndə heyətinin rəsmi səfəri avqustun 20-də başa çatacaq.
Femida.az
Oxunub: 443