DİN Goranboydakı qəza ilə bağlı məlumat yayıb


15:24     19 Avqust 2021 2021/08/DIN-696x388_1629372479.jpg

Daxili İşlər Nazirliyi (DİN) ötən gün Gornaboy rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Femida.az -a bildirilib ki, avqustun 18-də saat 18 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində Yevlax rayon sakini E.Əsgərov idarə etdiyi “Ford Transit” markalı avtomobil aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlərdən 4 nəfəri aldığı xəsarətlərdən hadisə yerində ölüb, bir sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 460