Zaqatalada 3 tona yaxın çətənə kolu məhv edilib


11:12     20 Avqust 2021 21_08_20_1629443117.jpg

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Yuxarı Tala kəndi ərazisində yabanı halda bitən çətənə kolları aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 3 tona yaxın olan 8468 ədəd narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Açar sözlər:

Oxunub: 994