Şəkidə avtomobil aşıb, xəsarət alan var


19:52     20 Avqust 2021 2021/08/611fa6ab09eba611fa6ab09ebc16294642335c6ebeb23746595016af1e9eb7e003de_1629474874.jpg

Şəkidə yol qəzası baş verib.

Femida.az xəbər verir ki, hadisə bu gün 13 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, Şəkinin Oraban kəndinin ərazisində qeydə alınıb.

1968-ci il təvəllüdlü, Bakının Xəzər rayonu Buzovna qəsəbəsi sakini Əkbərov Sahib Vaqif oğlunun idarə etdiyi "Mitsubishi L200" markalı, 10 PV 516 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmənin itməsi səbəbindən aşıb.

Qəza nəticəsində avtomobilin sərnişini - 1987-ci il təvəllüdlü Oğuz rayonunun Qumlax kəndində yaşayan Abdullayeva Məlahət Xanlar qızı xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1191