DİN Vətən müharibəsi qazısının döyülməsini nəzarətə götürüb


21:56     20 Avqust 2021 2021/08/1579705668873544141_1000x669_1629475612.jpg

Avqustun 12-də Gədəbəy Rayon Polis Şöbəsinə rayonun Böyük Qaramurad kənd sakini, Vətən Müharibəsi qazisi Rauf İmanov həmkəndliləri Amin, Asim və Aliq İsmayılov qardaşları tərəfindən döyülməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, faktla bağlı RPŞ-də müvafiq araşdırmalar başlanılıb, tibbi ekspertiza təyin edilib.

Ekspertiza rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1217