Ucarda maşın aşıb, ər və arvad xəsarət alıb - FOTO


11:57     21 Avqust 2021 21_08_21_1629528208.jpg

Ucar rayonunda yol qəzası baş verib.

Femida.az -ın xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunun Ucar rayonundan keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1961-ci təvəllüdlü Şahid Şakir oğlu Məlikovun idarə etdiyi “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü Ş. Məlikov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Mətanət Ənvər qızı Məlikova xəsarət alıblar.

Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 500