Erməni ekspertdən səfirimizə tərif: "O bizə qarşı fəal işləyəcək"
16:27 21 Avqust 2021
Azərbaycanın son zamanlar diplomatiya sahəsində kadr islahatları aparması Ermənistanda maraq doğurub. Erməni ekspertlər və politoloqlar xüsusən də ABŞ-a yeni səfirin göndərilməsini diqqət çəkən amil kimi qiymətləndiriblər.
Femida.az xəbər verir ki, beynəlxalq məsələlər üzrə ekspert Suren Sarkisyan yerli mediaya verdiyi açıqlamada diplomatiya cəbhəsində geri qaldıqlarını deyib:
“Ermənistan və Azərbaycan ABŞ-a eyni günə yeni səfir göndərdi. Məndə olan məlumata görə, Azərbaycanın yeni səfiri artıq Vaşinqtonda akkreditə olunmuş bir sıra diplomatlar və digər mühüm şəxslərlə görüşlər keçirib. Səfir Xəzər İbrahim Vaşinqtonu çox yaxşı tanıyır. ABŞ -da təhsil alıb. Bu diplomatiya məsələləridir və aydındır ki, hər kəs Ankaraya və Vaşinqtona səfir təyin oluna bilməz. İndi o ABŞ -a qayıdıb və səfir bizə qarşı türk lobbiçiləri ilə fəal işləyəcək. Yeri gəlmişkən, o, ABŞ -dakı Azərbaycan icmasının potensialını səfərbər etmək üçün icma fəalları ilə də bir sıra görüşlərə başlayır".
Ekspert daha sonra ABŞ-a təyin olunan erməni səfiri haqqında danışaraq gileylənib.
-Bizim Vaşinqtona göndərilən yeni səfirimiz isə bir görüşlə, həmçinin səfirlik səhifəsindəki şərhləri bağlayaraq sosial mediada tamamilə yoxa çıxması ilə fərqlənməyə davam edir. Səfir Makunç cəmiyyətə müraciət etməyib, ABŞ -ın müxtəlif şəhərlərində olan erməni icması ilə isə görüşməyib.
Femida.az
Oxunub: 1414
Oxşar xəbərlər
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Belarus səfiri Ermənistan XİN-ə çağırılıb
- ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib
- XİN: "Azərbaycan səfirliklərinin hücuma məruz qaldığı ölkələrə ismarışlar göndərilib"
- Çavuşoğlu Azərbaycanın Londondakı səfirliyinə hücumu qınayıb
- Azərbaycanın ABŞ-dakı səfiri Prezident Cozef Baydenlə görüşüb
- Baş prokuror İranın səfiri ilə görüşüb
- Aİ səfirləri Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqləyib
- Aİ səfirləri bu gün Rusiyaya qarşı növbəti sanksiyaları müzakirə edəcək
- ABŞ-ın Ukraynadakı səfirliyi fəaliyyətini bərpa edib