Təhsil Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib
17:25 21 Avqust 2021
“Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 12 mart tarixli 49 nömrəli Qərarında dəyişiklik edilib.
Femida.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin qərarını imzalayıb. Qərara əsasən, Təhsil Nazirliyinin kollegiyasının tərkibi 7 nəfərdən 9-a qaldırılıb. “Kollegiyanın üzvləri” bölməsində “Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini” sözləri “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru” sözləri ilə əvəz edilib və həmin sözlərdən sonra “Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru”, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri” sözləri əlavə edilib.
Femida.az
Oxunub: 1220
Oxşar xəbərlər
- Elm və təhsil naziri: "İnstitutlarda çalışan alimlərin ixtisarından söhbət getmir"
- Biləsuvar Təhsil Kompleksinə yeni rəhbər təyin olunub
- Təhsil naziri uşaq bağçalarındakı vəziyyəti açıqlayıb
- Nazir regional təhsil idarələrinə yeni rəhbərlər təyin edib
- Sağlamlıq imkanları məhdud şəxslər sağlam şəxslərlə birgə təhsil alacaq
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb
- Nazirlik xaricdə təhsil alan həkimlərin aksiyasına münasibət bildirib
- Təhsil naziri: "Bu il onlayn qaydada bağçalara işə qəbul keçiriləcək"
- Prezident xaricdə təhsillə bağlı Dövlət Proqramını təsdiq etdi SƏRƏNCAM