Türkiyə və Rusiya prezidentləri Əfqanıstanı müzakirə ediblər


18:39     21 Avqust 2021 2021/08/5E9BED57-FE25-42DD-BA1B-D08C10515867_1629557297.png

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Femida.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, prezidentlər Əfqanıstandakı durumu, müzakirə ediblər.

“Hər iki tərəf Türkiyədə qəzaya uğramış Rusiya Müdafiə Nazirliyinə məxsus "Be-200" tipli amfibiya təyyarəsi ilə bağlı bir-birinə başsağlığını çatdırıb.Telefon danışığı zamanı terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə vəzifələrin prioritet xarakter daşıdığı vurğulanıb. Prezident Putinlə Ərdoğan Əfqanıstan məsələsində ikitərəfli koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər”,-Kremlin yaydığı məlumatda deyilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1333