Ermənistan Müdafiə Nazirliyi əsgərlərdən pul toplanmasını inkar etdi


19:53     21 Avqust 2021 2021/08/22A8EB99-FC17-4A41-A64E-D8D6F2751B78_1629558860.png

Ermənistan Müdafiə Nazirliyi orduda hərbçilərdən pul yığılması ilə bağlı iddiaya aydınlıq gətirib.

Femida.az xəbər verir ki, nazirlik hərbçilərin N saylı hərbi hissənin ərazisində aparılan mühəndislik işləri və tikinti texnikasının kirayələnməsi üçün pul toplaması barədə xəbəri inkar edib.

"Əsgərlər tərəfindən pul yığılması ilə bağlı məlumatlar həqiqətə uyğun gəlmir və bunu iddia edən hərbçi intizam tənbehinə cəlb olunub", - Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Qeyd edək ki, sosial şəbəkələrdə erməni hərbçilərdən birinin əsgərlərin texnika arendaya götürmək üçün pul yığdıqları barədə fikirlərini əks etdirən video yayılmışdı. Görüntülərin iyul ayına aid olduğu iddia olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 516