Fransa prezidenti Paşinyanla regiondakı vəziyyəti müzakirə edib
09:12 22 Avqust 2021
Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyan ilə telefonla danışıb.
Femida.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti bildirib.
Qeyd olunub ki, tərəflər regiondakı vəziyyəti müzakirə edib. Paşinyan Makronun bölgədə uzunmüddətli sülh və sabitlik yaratmağa yönəlmiş səylərini yüksək qiymətləndirib.
Həmsöhbətlər gündəmdəki ikitərəfli məsələləri və bir sıra sahələrdə əməkdaşlığın gücləndirilməsi perspektivlərini də müzakirə ediblər.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makronla Ermənistanın baş naziri Nikol Paşinyan arasında son telefon danışığı avqustun 3 -də olub.
Oxunub: 1967
Oxşar xəbərlər
- Fransada “meymun çiçəyi” xəstəliyinə ilk yoluxma qeydə alınıb
- Fransa Ukraynaya humanitar yardımı 2 milyard dollara çatdıracaq
- Fransa Maliyyə Nazirliyi rusiyalı iş adamlarının mülklərinə həbs qoyub
- Fransa Ukraynaya 300 milyon avro maliyyə yardımı göndərəcək
- Fransada Rusiya gəmiləri sanksiyalara görə saxlanılıb
- Fransa 10 minə yaxın hərbçisini səfərbər edəcək
- Fransa vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb
- Fransa prezidentliyinə namizədin Azərbaycana girişi qadağan edilib
- Fransa Prezidenti Azərbaycanın 10 ermənini təhvil verməsini alqışlayıb
- Fransanın şimalında quş qripi ocağı aşkarlanıb