Su anbarında batan gəncin meyiti tapıldı


19:06     23 Avqust 2021 2021/08/A0ECCF36-3F41-4623-B4C2-C3C579BB0919_1629732869.png

Fövqəladə Hallar Nazirliyin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri ərazisində, Mingəçevir su anbarında (nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə Femida.az FHN-ə istinadən xəbər verir. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1997-ci il təvəllüdlü Qarayev Orxan Mahir oğlunun meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Femida.az

Açar sözlər: #FHN    

Oxunub: 511