Tovuzda ağaclığa düşən ildırım yanğına səbəb olub


10:11     24 Avqust 2021 21_08_24_1629785090.jpg

Tovuz rayonunda axşam saatlarında çaxan güclü ildırım ağaclıq sahəyə düşüb.

Femida.az -ın məlumatına görə, nəticədə rayon Olimpiya Kompleksi yaxınlığında olan ağaclıq sahəsində yanğına səbəb olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları cəlb olunub və ərazidə baş vermiş yanğın söndürülüb. Yanğın zamanı quru ot, kol-kos və 15 ədəd şam ağacı yanıb.

Qeyd edək ki, hadisə zamanı xəsarət alan olmayıb.

Açar sözlər:

Oxunub: 1300