Ermənistan parlamentində dava düşdü


16:49     24 Avqust 2021 2021/08/dava-1629805138_1629809414.jpg

Ermənistan parlamentində müxalif deputatlarla təhlükəsizlik xidməti əməkdaşları arasında dava düşüb. Davaya səbəb “Şərəfim var” blokunun deputatı Anna Mkrtçyanın baş nazir Nikol Paşinyanı kapitulyator adlandırması və spikerin təhlükəsizlik xidmətinə onu zaldan çıxarmaq barədə tapşırığı olub.

Femida.az xəbər verir ki, Mkrtçyan Paşinyanın bütün səhvlərini sadalamağa başlayıb və onun iclas zalına çox sayda mühafizəçi ilə gəldiyinə diqqət çəkib.

Bunun ardınca "Vətəndaş müqavilə"si nin deputatları Mkrtçyana irad tutub. Deputat isə Paşinyanı kapitulyator adlandırıb. Parlamentin spikeri Alen Simonyan əvvəlcə onun mikrofonunu söndürüb, sonra zaldan çıxmasını tələb edib. Deputat imtina edəndə isə Simonyan mühafizəçiləri köməyə çağırıb.

Müxalif "Ermənistan" və "Şərəfim var" bloklarının deputatları Mkrtçyanı mühasirəyə alaraq, mühafizəçilərin ona yaxınlaşmasına imkan verməyiblər. Bunun ardınca Simonyan 20 dəqiqəlik fasilə vermək məcburiyyətində qalıb. Bu zaman isə müxalif deputatlarla təhlükəsizlik xidməti əməkdaşları arasında dava düşüb. Bəzi millət vəkilləri "Satqın Nikol" deyə qışqırıblar.

Xatırladaq ki, bu gün Ermənistan parlamentində hökumətin 5 illik proqramı müzakirə olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 1286