COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb


18:50     24 Avqust 2021 2021/08/61250352008df61250352008e0162981563461250352008dc61250352008de_1629816732.jpg

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 78949 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ QərargahdanFemida.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 59111, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19838 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6249673, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3772533, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2477140 təşkil edir.

Femida.az

Açar sözlər:

Oxunub: 1241