Bərdədə narkotik satan şəxs saxlanılıb


09:44     25 Avqust 2021 21_08_25_1629871826.jpg

Bərdədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Ağdam rayon sakini Nicat Həsənov avtomobil idarə edərkən saxlanılaraq RPŞ-yə gətirilib.

Onun üzərinə və avtomobilə keçirilən baxış zamanı ümumilikdə 5 büküm heroin və marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1180