Bir gündə 18 nəfər koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb


11:50     25 Avqust 2021

Avqustun 24-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 18 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

DİN-dən Femida.az-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 3 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Açar sözlər:

Oxunub: 1068