Göyçayda narkotik becərən şəxs saxlanılıb


12:14     25 Avqust 2021 21_08_25_1629877965.jpg

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, keçirilən əməliyyat tədbiri nəticəsində rayonun Qarayazı kənd sakini Xanlar Həsənov saxlanılıb. Onun yaşadığı ünvanın həyətyanı sahəsinə baxış keçirilən zaman yarım tikilinin içərisində aqrotexniki qulluq göstərilmiş, ümumi çəkisi 77 kiloqramdan artıq olan 33 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb. Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.

Araşdırma zamanı X.Həsənovun narkotik tərkibli bitkiləri həm şəxsi istifadəsi, həm də satış məqsədilə mart ayında becərdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1268