Şabranda "Shacman"la mikroavtobus toqquşub, yaralananlar var


14:00     25 Avqust 2021 21_08_25_1629885652.jpg

Şabran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəvəçi kəndi ərazisində qeydə alınıb. "Shacman" markalı yük avtomobili ilə "Hyundai" markalı mikroavtobus toqquşması nəticəsində xeyli sayda şəxsin xəsarət aldığı bildirilir.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.

Hadisə yerinə həkim və polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 992