Peyvənd olunanların sayı açıqlanıb


18:20     25 Avqust 2021 2021/08/804a2-1629897600_1629900725.jpg

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 85 632 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58 117, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 27 515 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 6 335 305, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 830 650, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 504 655 təşkil edir.

Femida.az

Açar sözlər:

Oxunub: 1181