Ağdamda beynəlxalq konfrans keçiriləcək


19:36     25 Avqust 2021 2021/08/agdammn_1629901039.jpg

"Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” Beynəlxalq elmi-praktik konfransına məqalə və tezislərin qəbulu davam edir.

Bu barədə Femida.az -a Qarabağ Dirçəliş Fondundan məlumat verilib. Bildirilib ki, məqalə və tezislərin qəbulu sentyabrın 10-da başa çatacaq.

Bu il 16-17 sentyabr tarixlərində Azərbaycan Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun təşkil etdiyi Konfransın plenar iclası Ağdamda, digər iclasları isə onlayn qaydada keçiriləcək.

Konfransda:

- Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər, gözləntilər;

- Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı;

- Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət;

- Məcburi köçkünlərin Ağdama və bütövlükdə Qarabağa qayıdışı istiqamətlərində müzakirələr aparılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1457