Pakistanın cənub-qərbində terrorçulara qarşı əməliyyat keçirilib


09:47     26 Avqust 2021 21_08_26_1629956301.jpg

Pakistanda təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbində terrorçulara qarşı əməliyyat keçirib.

Femida.az TASS-a istinadən xəbər verir ki, əməliyyat Bəlucistan əyalətində gerçəkləşdirilib.

Bildirilib ki, əyalətin Loralai rayonunda ekstremistlərin düşərgəsi mühasirəyə alınıb.

Əməliyyat nəticəsində 7 terrorçu zərərsizləşdirilib, təhlükəsizlik qüvvələri əməkdaşları arasında itki qeydə alınmayıb. Böyük miqdarda silah-sursat ələ keçirilib.

Açar sözlər:

Oxunub: 1174