Saatlıda karantin qaydalarının pozulduğu yas məclisi aşkarlanıb


12:20     26 Avqust 2021 21_08_26_1629964226.jpg

Saatlıda karantin qaydalarının pozulduğu yas məclisi aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Nərimankənd kənd Vasif Seyfullayevin fərdi yaşayış evinin həyətində yas mərasimi aşkar edilib.

Qayda pozuntularına yol vermiş ev sahibi ilə izahedici söhbətlər aparılıb və həmin şəxs barəsində inzibati qaydada tədbirlər görülüb.

Açar sözlər:

Oxunub: 1341