Sumqayıtda dənizdə batan uşağın meyiti tapılıb


13:42     26 Avqust 2021 21_08_26_1629970355.jpg

Avqustun 25-də Sumqayıt şəhərində, dənizdə batan 2011-ci il təvəllüdlü Qələndərli Hüseyn İzmir oğlunun axtarışları başa çatıb.

Bu barədə Femida.az-"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, H.Qələndərlinin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Açar sözlər:

Oxunub: 1449