Sabirabadda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb


10:44     27 Avqust 2021 21_08_27_1630045968.jpg

Sabirabad rayon sakini İsa Zülfüqarova koronavirus testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin olunsa da, ancaq o, karantin qaydalarını pozaraq yaşayış yerini tərk edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az-"a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə onun rayon ərazisində olduğu yer müəyyənləşdirilib və dərhal yaşadığı ünvana qaytarılması təmin edilib.

İ.Zülfüqarov barəsində Sabirabad RPŞ-də araşdırmalar aparılır.

Açar sözlər:

Oxunub: 1455