Binəqədidə "patı" satan qadın saxlanılıb
13:22 27 Avqust 2021
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
DİN-dən Femida.az-A verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı həmin qəsəbə ərazisində yaşayan Kəmalə Mədəti tutulub. Polis Şöbəsində onun əlində olan pulqabıya baxış zamanı ümumi çəkisi 15 qrama yaxın olan heroin və metamfetamin aşkar olunub. Araşdırma zamanı bu şəxsin narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından satmaq məqəsədi ilə onlayn yolla aldığı məlum olub.
Qeyd edilən faktla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib və Kəmalə Mədətinin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxunub: 1308
Oxşar xəbərlər
- Binəqədidə ağacı zədələyən şəxs cəzalandırılıb
- Binəqədidə yol qəzası olub, xəsarət alan var
- Binəqədidə avtomobil 10 yaşlı uşağı vuraraq xəsarət yetirib
- Binəqədidə 36 yaşlı kişini avtomobil vurub
- Binəqədidə gənc oğlanı avtomobil vurub
- Binəqədidə 4 nəfər dəm qazından zəhərlənib
- Binəqədidə 25 yaşlı gənc yol qəzasında ağır xəsarət alıb
- Binəqədidə avtomobil gənc qızı vuraraq ağır xəsarət yetirib
- Binəqədidə yolu keçən 8 yaşlı uşağı avtomobil vurub
- Binəqədidə avtomobil 46 yaşlı qadını vurub