Kabildəki terrorda ölənlərin sayı 200 nəfərə çatıb


22:38     27 Avqust 2021

Əfqanıstanın paytaxtı Kabil şəhərində hava limanında törədilmiş partlayışlar nəticəsində ölənlərin sayı 200 nəfərə çatıb.

Femida.az xəbər verir ki, bu barədə “Wall Street Journal" məlumat yayıb.

Terror aktı nəticəsində ölənlər arasında ən azı üç uşaq, xeyli yaralının olduğu bildirilir.

Pentaqon cümə axşamı 13 amerikalı hərbçinin öldüyünü, daha 18-nin yaralandığını təsdiqləyib.

Qeyd edək ki, dünən Kabildə silsilə partlayışlar baş verib. Terror aktına görə məsuliyyəti "İŞİD" öz üzərinə götürüb. Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” hərəkatı hadisəni qətiyyətlə pisləyib və günahkarların məsuliyyətə cəlb olunacağına söz verib.

ABŞ Prezdenti Co Bayden təxliyə əməliyyatının vaxtında - 31 avqusta qədər tamamlanmasının planlaşdırıldığını vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 439