Qazaxıstanda matəm elan olunub


10:53     28 Avqust 2021 21_08_28_1630133674.jpg

Qazaxıstanın Jambıl bölgəsində hərbi hissədə baş vermiş partlayışla əlaqədar matəm elan edilib.

Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müvafiq qərar imzalayıb.

Bildirilib ki, 29 avqust tarixi matəm günü elan olunub.

Qeyd edək ki, ölkənin Jambıl vilayətində hərbi hissədə silah-sursat anbarında baş vermiş partlayış nəticəsində 12 nəfər həyatını itirib.

Açar sözlər:

Oxunub: 1458