Qızılağac Dövlət Təbiət Qoruğunda baş verən yanğın söndürülüb


11:30     28 Avqust 2021 21_08_28_1630134967.jpg

Lənkəran şəhərinin Balıqçılar qəsəbəsində Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində baş verən yanğın söndürülüb.

Bu barədə "Femida.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Yanğın zamanı 30 ha sahədə quru ot və kol-kos yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən söndürülüb.

Ərazinin qalan hissəsi yanğından mühafizə olunub.

Açar sözlər:

Oxunub: 1412