Şirvanda yaşayış yerini tərk edən koronavirus xəstəsi aşkarlanıb
09:55 29 Avqust 2021
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanunsuz tərk edən aktiv koronavirus xəstəsini Şirvan şəhəri ərazisində aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az- a verilən məlumata görə, rayon sakini İlham Musayevə COVID-19 virusuna yoluxduğu ev şəraitində müalicə təyin edilib və qaydalar izah olunub.
Lakin adı çəkilən şəxs qaydalara əməl etməyərək yaşadığı evi tərk edib və Şirvan şəhəri ərazisində çalışdığı avtoyuma məntəqəsinə gedib.
Onun olduğu yer polis əməkdaşları tərəfindən müəyyən edilib və həmin şəxs dərhal tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
İ.Musayev barəsində Hacıqabul RPŞ-də araşdırmalar aparılır.
Femida.az
Oxunub: 1243
Oxşar xəbərlər
- Şirvanda narkotik tərkibli bitkiləri yetişdirən şəxs saxlanılıb
- Şirvanda kişi arvadını uşağının gözləri qarşısında xüsusi amansızlıqla öldürüb - RƏSMİ
- Şirvanda iki il qabaq törədilən oğurluğun üstü açılıb
- Şirvanda çörəkbişirmə sexindən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
- Şirvanda mağazada fəhlə xəsarət alıb
- Şirvanda arvadını öldürüb, polisə silahlı müqavimət göstərən şəxs saxlanılıb
- Şirvanda işıq dirəklərini oğurlayan şəxs saxlanılıb
- Şirvanda bir ailənin 4 üzvü zəhərlənib
- Şirvanda yataqxanada yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib, 30 nəfər təxliyə edilib
- Şirvanda qızına qarşı dələduzluq edən qadına cinayət işi açılıb