Daşkəsən sakini Kəlbəcərdə minaya düşüb


16:47     29 Avqust 2021 2021/08/mina-partlayis_1630241337.jpg

Daşkəsən rayon sakini Kəlbəcər ərazisində minaya düşüb.

Femida.az xəbər verir ki, rayonun Alaxançallı kənd sakini, 1964-cü il təvəllüdlü Tağıyev Şükür Əşrəf oğlu Daşkəsəndən Kəlbəcər ərazisinə keçən atını gətirmək istəyən zaman minaya düşüb.

O, ağır halda Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Onun ayağı topuqdan aşağı kəsilib.

Məlumat üçün bildirək ki, Ş.Tağıyevin Kəlbəcərə yaxın yerdə, Daşkəsən ərazisində təsərrüfat yeri var. Orda olan zaman onun atı vaxtı ilə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş zaman minalanmış Kəlbəcər ərazinə keçib. Atını gətirmək istəyən zaman həmin minalardan birinə düşüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 4437