“Akıncı” PUA-ları təqdim edildi


22:49     29 Avqust 2021 2021/08/612bb-1630259000_1630263081.jpg

Türkiyənin arsenalına "Akıncı" Pilotsuz Uçuş Aparatları da əlavə olunub. Bununla bağlı Tekirdağ vilayətində rəsmi mərasim keçirilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutan tədbirdə PUA-ların rəsmi təqdimatı olub.

Mərasimdə çıxış edən R.T.Ərdoğan Türkiyənin bu texnologiya üzrə dünyanın ən qabaqcıl üç ölkəsindən biri olduğunu vurğulayıb: “Müdafiə sənayesi üzrə yerli istehsalın qısa müddət ərzində 20 faizdən 80 faizə çatdırılması Türkiyə tarixinin ən böyük uğurlarından biridir. “Bayraktar TB2”lərimizi Ukrayna, Qətər və Azərbaycana ixrac etdik. Yeni ixrac müqavilələri bağlanır. Türkiyəni pilotsuz döyüş təyyarələri texnologiyası üzrə qabaqcıl ölkə etmək niyyətindəyik”.

Qeyd edək ki, Türkiyənin “Baykar” şirkəti tərəfindən yerli imkanlarla hazırlanan “Bayraktar Akıncı TİHA” rəsmi heyətin iştirakı ilə keçirilən mərasimdə ümumilikdə 1360 kiloqram faydalı yüklə 13 saat 24 dəqiqə uçuş həyata keçirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1253


Oxşar xəbərlər