İmişlidə “QAZel” aşıb, xəsarət alan var


23:33     29 Avqust 2021 2021/08/0360fc9c-d374-3a38-9668-bbe86da8d36c_850_1630265720.jpg

İmişlidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Femida.az xəbər verir ki, hadisə Bəhramtəpə qəsəbəsində qeydə alınıb. Belə ki, “QAZel” markalı yük maşını hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarına aşıb.

Qəza nəticəsində Şirvan şəhər sakini, 1985-ci il təvəllüdlü Əhmədov Emin Əliqardaş oğlu müxtəlif xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1379