Zaqatalada şadlıq sarayının rəhbərliyi cərimələnib
11:36 30 Avqust 2021
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Zaqatala rayonu, Yuxarı Tala kəndində fəaliyyət göstərən “Planet” şadlıq sarayında keçirdiyi baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.
AQTA-dan Femida.az-a verilən məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.
Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.
Oxunub: 1171
Oxşar xəbərlər
- Zaqatalada 40 ağacın kəsilməsi ilə bağlı cinayət işi başlanılıb
- Zaqatalada 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib
- Zaqatalada hazırlıq mərkəzinin rəhbəri cərimələnib
- Zaqatalada 23 yaşlı ana doğuşdan sonra ölüb
- Zaqatalada qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib
- Zaqatalada qaydaları pozan 39 sürücü cərimələnib
- Zaqatalada narkotacir tutulub
- Zaqatalada yol polisi reyd keçirib, piyadalar cərimələnib
- Zaqatalada qadının xəstəxanada ölməsi ilə bağlı cinayət işi açılıb
- Zaqatalada piyada keçidlərindən istifadə etməyənlər cərimələnib