Xocavənd sakini 8 kq narkotiklə tutulub
14:14 30 Avqust 2021
Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Femida.az
-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Xocavənd kənd sakini İlqar Xankişiyev saxlanılıb.
Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan 18 ədəd çətənə bitkisi və 7 kiloqram 635 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.
Oxunub: 1208
Oxşar xəbərlər
- Xocavənddə qanunsuz olaraq müxtəlif əşyalar toplayan şəxs həbs edilib
- Xocavənddə xeyli sayda silah-sursat aşkarlanıb
- Xocavəndə icazəsiz daxil olan şəxslər saxlanılıb
- Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb
- Xocavənddə avtobus qəzasında yaralanan 16 nəfər Bakıya təxliyə edilib
- Xocavənddə tikinti şirkətinin əməkdaşında narkotik aşkarlanıb
- Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb
- Xocavəndə icazəsiz keçən 9 nəfər saxlanılıb
- Xocavənd polisi ermənilərin atıb qaçdığı silah-sursatı aşkarlayıb
- Xocavənddə tank mərmiləri aşkarlanıb