Azad olunan ərazilərdə daha 108 mina aşkarlanıb


15:57     30 Avqust 2021 2021/08/mina_tm_62_130215_1630324698.jpg

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan Femida.az- verilən məlumata görə, avqustun 23-dən 28-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 77, tank əleyhinə 31 mina və 107 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 179 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Femida.az

Açar sözlər:

Oxunub: 1333