Qazax Rayon Polis Şöbəsinin rəis müavini işdən azad edilib


10:48     31 Avqust 2021 21_08_31_1630392170.jpg

Qazax Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini işdən azad edilib.

“Report”un xəbərinə görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Qazax RPŞ-nin əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Tahir Orucov xidmətdə buraxdığı nöqsanlara görə tutduğu vəzifədən azad olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti “Report”a faktı təsdiqləyib.

Açar sözlər:

Oxunub: 922