Ötən gün 23 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb


11:14     31 Avqust 2021 21_08_31_1630393410.jpg

Avqustun 30-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 9 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, monitorinq 4 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 23 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Açar sözlər:

Oxunub: 1256