Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir hakimi koronavirusa yoluxub


11:44     31 Avqust 2021 21_08_31_1630395909.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev koronavirusa yoluxub.

"Report"un xəbərinə görə, bu gün hakimin koronavirus testinin nəticəsi pozitiv çıxıb.

Nəticədə S.Əliyevin icraatında olan məhkəmə işləri təxirə salınıb.

Bundan başqa, S.Əliyevlə eyni tərkibdə olan hakimlər Eldar İsmayılov və Cavid Hüseynovun da icraatında olan cinayət işləri təxirə salınıb.

Qeyd edək ki, daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadə də koronavirusa yoluxub.

Açar sözlər:

Oxunub: 1214