Sentyabrın ilk gününə olan hava açıqlanıb
13:23 31 Avqust 2021
Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Femida.az-a verilən məlumata görə, gecə bəzi yerlərdə zəif duman olacaq.
Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26° isti, gündüz 32-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.
Oxunub: 1137
Oxşar xəbərlər
- Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunacaq
- Sentyabrın 6-dan Azərbaycana daha 13 ölkədən uçuşlara icazə verilir
- Sentyabrın 15-dən məktəblər açıla bilər - BU ŞƏRTLƏ
- Sentyabrın 27-dən bəri ermənilər 41 azərbaycanlı mülki şəxsi öldürüb
- Sentyabrın 30-na manatın məzənnəsi
- Sentyabrın 27-ə manatın məzənnəsi
- Sentyabrın 26-na manatın məzənnəsi
- Sentyabrın 25-ə manatın məzənnəsi
- Sentyabrın 16-na manatın məzənnəsi
- Sentyabrın 12-nə manatın məzənnəsi