Çavuşoğlu Əfqanıstanla bağlı təhlükələrdən danışdı


22:55     31 Avqust 2021 2021/08/movlud_1630425926.jpg

Serbiyada rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstanla bağlı açıqlamalar verib.

Femida.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Çavuşoğlu Əfqanıstanda əhatəli inklüziv hökumətin qurulmasının ən böyük təmənnaları olduğunu deyib:

“Məsuliyyətimizi bilirik. Hansı hökumətin qurulacağını bilməliyik. Düşüncə və təmənnalrımızı hər iki tərəflə də paylaşırıq. Həm Cümhuriyyət tərəfinə, həm də “Taliban”a fikirlərimizi çatdırırıq. Bütün Əfqanıstan əhalisini əhatə edən hökumətin qurulması ən böyük təmmənamızdır. Terror təhlükəsi də var. Eyni zamanda humanitar problemlər yaşanır. Ölkədə onsuz da quraqlıq idi, aclıq təhlükəsi yaranıb. Əfqanıstana humanitar yardım çatdırmağa çalışırıq”.

Femida.az

Açar sözlər:

Oxunub: 1295