Samuxda qonşusunu bıçaqlayan şəxs saxlanılıb


11:24     01 Sentyabr 2021 21_09_01_1630479383.jpg

Samux rayonunda həmyerlisinə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Femida.az-a bildirilib ki, dünən axşam saatlarında rayonun Ziyadlı kəndində 1991-ci il təvəllüdlü İsgəndər Alıxanov
mübahisə zəminində doşqəfəsindən bıçaqlanıb.

Aparılan araşdırmalar nəticəsində onu bıçaqlamaqda şübhəli bilinən 1988-ci il təvəllüdlü İlyas İsmayılov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1347