Koronavirus xəstələrinin müalicəsi üçün 23 xəstəxana ayrılıb - TƏBİB


16:17     01 Sentyabr 2021 2021/09/1630494363_1630498789.jpg

Hazırda Azərbaycanda 23 xəstəxana koronaviruslu xəstələrin müalicəsi üçün ayrılıb.

Bu barədə Femida.az​-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, COVID-19-la mübarizə tədbirlər çərçivəsində fəaliyyət göstərən xəstəxanalar 1 saylı Kliniki Şəhər Xəstəxanası (Semaşko), “Yeni Klinika”, Abşeron, Saray Modul tipli xəstəxanalar, Goranboy, Ağdaş, Masallı, İmişli Masallı, Cəlilabad RMX-lar və digərləridir.

TƏBİB-dən qeyd edilib ki, ehtiyac yaranacağı təqdirdə bu say 40-a qədər yüksələ bilər.

Qeyd edək ki, son məlumata görə, ölkədə 3 788 yeni yoluxma faktı qeydə alınıb, analiz nümunələri müsbət çıxan 44 nəfər vəfat edib. Hazırda Azərbaycanda aktiv xəstə sayı 53 129 nəfərdir.

Femida.az

Açar sözlər:

Oxunub: 1327