Birinci doza peyvənd olunanların qapalı məkanlara daxil olmasının qaydası açıqlanıb
11:14 02 Sentyabr 2021
Oktyabrın 1-dək “CheckApp” mobil tətbiqi üzərindən həyata keçirilən yoxlama zamanı COVID-19 pasportu əldə etmiş vətəndaşlarla yanaşı, immunitet sertifikatı olan və COVID-19 virusuna qarşı 1-ci doza vaksin sertifikatı olan vətəndaşlar da ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə daxil ola bilərlər.
Bu barədə Femida.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Yoxlanış zamanı COVID-19 pasportunu, 1-ci doza vaksin sertifikatını və immunitet sertifikatını elektron şəkildə təqdim etmək istəyən vətəndaşlar “myGov” şəxsi kabinetlərindən qeyd edilən sənədləri aça və ya telefonuna yükləyərək göstərə bilərlər.
“myGov” mobil tətbiqini “iOS” və “Android” əməliyyat sistemi istifadəçiləri aşağıdakı linklərdən yükləyə bilərlər:
• "Android"
• "iOS"
Vətəndaşlar COVID-19 pasportu və sertifikatları, həmçinin e-TƏBİB və its.gov.az portalından təqdim edə bilərlər. Bu zaman vətəndaşlar ən yeni sənədin təqdim olunduğuna əmin olmalıdırlar.
Qeyd edək ki, “CheckApp” mobil tətbiqi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılıb. Mobil tətbiq qurum və müəssisələrin icaze.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxslərinin istifadəsi üçün nəzərdə tutulub.
Oxunub: 1361
Oxşar xəbərlər
- Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
- Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı komissiya yaradılıb - SİYAHI
- Birinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin kredit borclarının silinməsi təklif edilib
- Birinci vitse-prezident Zəngilan səfərindən görüntü paylaşıb - VİDEO
- Birinci MDB Oyunlarında 35-ci medalı qazandıq
- Birinci vitse-prezident qızıl medal qazanan idmançını təbrik edib
- Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
- Birinci sinfə qəbul bərpa edilib
- Birinci siniflərə qəbul başlayır
- Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib - VİDEO