Xırdalanda yol qəzası olub, xəsarət alan var


11:59     02 Sentyabr 2021 21_09_02_1630565408.jpg

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xırdalan dairəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü Həziyev Yusif Hicran oğlu xəsarət alıb. O, təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı Y.Həziyevə sağ qolun əziyi diaqnozu qoyulub.

Fakt araşdırılır.

Açar sözlər:

Oxunub: 1363