Ermənistanda avtobus qəzaya uğrayıb, 31 nəfər yaralanıb


13:42     02 Sentyabr 2021 21_09_02_1630574405.jpg

Ermənistanda sərnişin avtobusu qəzaya uğrayıb.

"Report" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qəza Zəngibasar bölgəsində baş verib. Yolun hərəkət hissəsindən çıxan avtobus ağaca çırpılıb.

Bildirilib ki, hadisə nəticəsində 31 nəfər xəsarət alıb.

Açar sözlər:

Oxunub: 1142