DİN: "Ağsu sakininin itkin düşməsi ilə bağlı polisə məlumat daxil olmayıb"


17:22     03 Sentyabr 2021 2021/09/1579705668873544141_1000x669_1630686268.jpg

"Oğluma şər atdılar ki, guya qıza sataşıb, indi oğlum neçə vaxtdır yoxa çıxıb"-Ağsudan şikayət” başlığı ilə yayımlanan görüntüdə əks olunan iddialar əsassızdır, həqiqəti əks etdirmir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az- a verilən məlumata görə, Ruhiyyə Zeynalovanın oğlu Feyruz Zeynalovun 2001-ci ildə itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına heç bir məlumat daxil olmayıb.

Buna baxmayaraq, həmin iddiaların təfərrüatları Ağsu Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən araşdırılır.

Bu, iddiaların ortaya çıxmasının kökündə mübahisə tərəflərindən birinin - Səlaməddin Əhmədovun R.Zeynalovun oğlu Mikayıl Zeynalova qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməsidir.

R.Zeynalovanın qardaşı Malik Qəmbərovla qonşusu S.Əhmədovla 2020-ci ilin avqustunda su üstündə yaranan mübahisəyə qədər onlar arasında hər hansı ziddiyyət olmadığı araşdırmalarla, şahid izahatları ilə təsdiq olunub.

Hazırda Ağsu RPŞ-də səsləndirilən iddialarla bağlı araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 316